Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz Naxçıvana səfərə gəlir

Posted by

Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz Naxçıvana səfərə gəlir

Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz Naxçıvana səfərə gəlir

Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz Naxçıvana səfərə gəlir

Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz Naxçıvan Muxtar Respublikasına səfərə gəlir. Bu barədə Trend-in sorğusunu cavablandırarkən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Vaqif Dərgahlı məlumat verib.

 

Onun sözlərinə görə, mayın 14-15-də Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın Naxçıvan Muxtar Respublikasına səfəri planlaşdırılıb.

 

V.Dərgahlı bildirib ki, ümumiyyətlə Türkiyə ilə ikitərəfli əsasda hərbi əməkdaşlıq həyata keçirilir. Hər il Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq Planı imzalanır: “2013-cü ilin iyul ayında Bakı və Naxçıvanda, 2014-cü ilin fevral ayında isə Qars (Türkiyə Respublikası) bölgəsində Azərbaycan-Türkiyə Birgə səhra təlimi keçirilib. Bu kimi tədbirlərin gələcəkdə də mütəmadi, davamlı və razılaşdırılmış planlara uyğun olaraq yerinə yetirilməsi davam etdiriləcək”.

 

Qeyd edək ki, Müdafiə Nazirliyi beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə hərbi sahədə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq edir.

 

Hazırda Azərbaycan Respublikası dünyanın 34 ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalayıb. Daha 26 ölkə ilə analoji müqavilə sənədlərinin imzalanması müzakirə edilir.

 

Trend.az