Türkiyədəki diasporumuz Ermənistanın girov götürdüyü azərbaycanlılarla bağlı bəyanat yayıb

Posted by

Türkiyədəki diasporumuz Ermənistanın girov götürdüyü azərbaycanlılarla bağlı bəyanat yayıbTürkiyədəki diasporumuz Ermənistanın girov götürdüyü azərbaycanlılarla bağlı bəyanat yayıb

Türkiyədəki diasporumuz Ermənistanın girov götürdüyü azərbaycanlılarla bağlı bəyanat yayıb

Türkiyədəki Azərbaycan diaspor təşkilatları Ermənistanın girov götürdüyü azərbaycanlılarla bağlı bəyanat yayıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Türkiyədəki Azərbaycan diaspor təşkilatları bəyanat yayaraq Azərbaycanın Kəlbəcər rayonunda Ermənistan silahlı qüvvələri (SQ) tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məhkəmə prosesinə etiraz ediblər.

 

Bəyanatda deyilir ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında – Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev guya sərhədləri pozmaqda ittiham olunaraq heç bir hüquqi əsası olmayan uydurma məhkəmə prosesi aparılır. Halbuki D.Əsgərov və Ş.Quliyevin girov götürüldüyü torpaqlar Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisidir.

 

Türkiyədəki Azərbaycan diaspor təşkilatları bildirir ki, bu torpaqlarda doğulmuş, böyümüş D.Əsgərov, Ş.Quliyev, Həsən Həsənov Ermənistanın işğal siyasəti nəticəsində öz yurdundan zorla çıxarılmış Azərbaycan vətəndaşlarıdır: “Kəlbəcər ərazisində onların dədə-babaları uyuyur. Öz doğma torpaqlarına yaxınlarının məzarlarını ziyarət etməyə, bir vaxtlar yaşadıqları kəndi görmək ümidi ilə gediblər. Onların heç bir gizli planı və təxribatçı niyyəti olmayıb. Onlar doğulduqları torpaqların həsrəti ilə Ermənistanın işğal altında saxladığı ərazilərə keçərkən girov götürülüb”.

 

Bəyanatda eyni zamanda Ermənistan tərəfinin girovlarla qəddarcasına rəftarı vurğulanır. Bildirilir ki, Ermənistan azərbaycanlı H.Həsənovu işgəncələrə məruz qoyaraq vəhşicəsinə qətlə yetirib. Digər girovlar da mənəvi, fiziki işgəncələrə məruz qalırlar.

 

Diaspor təşkilatları bu bəyanatla dünya ictimaiyyətini baş verənlərə biganə qalmamağa çağırır: “Dünya Ermənistanın bu işğalçı siyasətinə “dur” deməli və azərbaycanlı girovların tezliklə azad edilməsi üçün lazımi addımları atmalıdır”.

 

Bəyanat Türkiyədə fəaliyyət göstərən TADEF – Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, Kocaeli Azərbaycan Evi Dərnəyi, Derince Azərbaycan Evi Dərnəyi, Qebze Azərbaycanlılar Dərnəyi, Əskişəhər Azərbaycanlılar Dərnəyi, Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyi daxil olmaqla 15 təşkilatın adından yayılıb.

 

Trend.az