Türkiyədə dövlət çevrilişi ilə bağlı iş üzrə həbs edilən daha bir general azadlığa çıxdı
Türkiyədə dövlət çevrilişinə hazırlıqla bağlı iş üzrə həbs edilən daha bir general azadlığa çıxıb. Trend-in məlumatına görə, xəbəri çərşənbə axşamı “Anadolu” agentliyi yayıb.
Ağır Cinayətlər üzrə 21-ci İstanbul Məhkəməsi həbs edilmiş general Xurşit Tolonu azad etmək barədə qərar çıxarıb.
Martın 10-da İstanbul məhkəməsi dövlət çevrilişinə cəhddə ittiham olunan 13 məhkumu azadlığa buraxıb. Onlar arasında vəkil Kamal Kerinçsiz, jurnalist Tuncay Özkan, hərbçilər, yazıçı və publisistlər olub.
Martın 7-də İstanbulun ağır cinayətlərə dair məhkəməsi hərbi çevrilişlə bağlı cinayət işi üzrə ömürlük həbs cəzasına məhkum edilən Türkiyə baş qərargahının sabiq rəisi general İlkər Başbuğu azad edib.
Məhkəmə 2006-ci ildə Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar “Ergenekon” təşkilatını terror təşkilatı kimi tanıyıb.
Trend.az