Türkiyədə Dağlıq Qarabağ münaqişəsinə dair konfrans keçiriləcək
Milli Məclisin deputatı Musa Qasımlı noyabrın 20-dən 22-dək Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olacaq.
Milli Məclisdən APA-ya verilən xəbərə görə, deputat “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sülh və təhlükəsizliyə, qonşuluq münasibətlərinə təhdid kimi” mövzusunda beynəlxalq konfransda iştirak edəcək.
Tədbirin təşkilatçıları Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Avrasiya İncələmələr Mərkəzidir. Konfransa hər iki qurumun əməkdaşları, həmçinin Türkiyənin tanınmış politoloqları, nüfuzlu mütəxəssislər və ekspertlər qatılacaqlar.
Musa Qasımlı beynəlxalq konfransda münaqişənin tarixi kökləri, ermənilərin Azərbaycan ərazilərinə gətirilib yerləşdirilməsi və bölgədə demoqrafik şəraitin dəyişdirilməsi barədə geniş məruzə edəcək.
Apa.az