Türkiyə və ABŞ 1915-ci il hadisələrini müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın bu ölkədəki səfiri Con Basso Ankarada 1915-ci il hadisələrini müzakirə ediblər.
Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, görüş zamanı M.Çavuşoğlu bəyan edib ki, ABŞ-ın qondarma “erməni soyqırımı”nı gündəliyə çıxarması ikitərəfli əlaqələrə mənfi təsir edə bilər.
Qeyd edək ki, Ermənistan və erməni lobbisinin təbliğatı nəticəsində bəzi ölkələrin parlamentləri 1915-ci il hadisələrini “soyqırım” kimi tanıyıb.
Trend.az