Türkiyə Hərbi Dəniz Qüvvələri komandanının Azərbaycana səfəri planlaşdırılır
Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) komandanının Azərbaycana səfəri gözlənilir.
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
HDQ komandanı, ordu admiralı Bülənt Bostanoğlunun səfəri 2015-ci ilin əvvəllərinə planlaşdırılır.
Səfər zamanı Azərbaycan və Türkiyə arasında hərbi dənizçilik sahəsində əlaqələrin perspektivləri müzakirə olunacaq.
Apa.az