Türkiyə Cənubi Qafqazda münaqişənin dayandırılmasında maraqlıdır
Türkiyə Cənubi Qafqazda münaqişənin (Dağlıq Qarabağ münaqişəsi – red.) dayandırılması üçün fəal siyasət yürütməkdə davam edir.
Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu Filippinə səfəri zamanı deyib.
Onun sözlərinə görə, regionda və qonşu ölkələrdə sabitlik Türkiyə üçün prioritetdir.
Trend.az