Türkdilli ölkələri təmsil edən təşkilatların əlaqələrinin inkişafı ilə bağlı müzakirələr aparılıb
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) ev sahibliyi ilə İstanbulda Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Beynəlxalq Türk Akademiyası (BTA) və Dünya Türk Gəncləri Birliyinin (DTGB) rəhbərlərinin birinci toplantısı keçirilib.
TDƏŞ-in baş katibi Ramil Həsənov, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, BTA-nın prezidenti Darxan Kıdırəli və DTGB-nin sədri Əkrəm Abdullayev rəhbərlik etdikləri təşkilatların fəaliyyəti, qarşıda duran vəzifələr, türkdilli ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha sürətlə inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar.
AzərTac.az