Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin xarici işlər nazirləri Nyu Yorkda görüşəcəklər
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının xarici işlər nazirləri BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində qeyri-rəsmi görüş keçirəcəklər.
APA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, görüş sentyabrın 23-nə planlaşdırılıb.
Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının xarici işlər nazirlərinin sonuncu rəsmi görüşü sentyabrın 10-da Qazaxıstanın paytaxtı Astanada keçirilib.
Apa.az