Türk və Azərbaycan diasporlarının nümayəndələri Stokholmda mitinq keçirmişlər

Posted by

Martın 11-də türk və Azərbaycan diasporlarının nümayəndələri Stokholmda İsveç parlamentinin (Riksdaq) binası qarşısında mitinq keçirmişlər.

AzərTAc xəbər verir ki, mitinq Riksdağın uydurma “erməni soyqırımını” tanımasına qarşı yönəldilmişdi. Mitinq iştirakçıları qeyd etmişlər ki, 2011-ci ildə “erməni soyqırımının” İsveç parlamenti tərəfindən tanınması Türkiyəyə təzyiq göstərilməsinə və dünya ictimaiyyətinin çaşbaş salınmasına yönəldilmiş siyasi addımdır.

Mitinq iştirakçıları yoldan keçənlərə o illərin hadisələri barədə həqiqəti əks etdirən broşürlər paylamışlar. İsveç parlamentinin üzvlərinə 350-dən çox məktub verilmişdir.

Qeyd edək ki, mitinqdən sonra iştirakçılar Riksdağa müraciət qəbul etmişlər.

AzərTAc.az