Ötən il Azərbaycanda elektron ödənişlərin həcmi ÜDM-in 2 mislini ötüb

Posted by

Ötən il Azərbaycanda elektron ödənişlərin həcmi ÜDM-in 2 mislini ötüb

 

Ötən il Azərbaycanda elektron ödənişlərin həcmi ÜDM-in 2 mislini ötüb

Ötən il Azərbaycanda elektron ödənişlərin həcmi ÜDM-in 2 mislini ötüb

 

2013-cü ildə Azərbaycanda elektron ödənişlərin həcmi ÜDM-in 2 mislini ötüb. Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bankın İdarə Heyətinin 2013-cü ilin yekunlarına həsr olunmuş geniş iclasında deyib.

Onun sözlərinə görə, ötən il ödəniş sistemlərinin sabitliyi və təkmilləşdirilməsi təmin edilib: “İqtisadiyyatda şaxələnmə proseslərinə dəstək vermək üçün bank sektorunun maliyyə vasitəçiliyinin, habelə maliyyə infrastrukturunun inkişafını təşviq etməklə Mərkəzi Bank hökumətin iqtisadi siyasətinin uğurla həyata keçirilməsində fəal iştirak edib”.

E.Rüstəmov qeyd edib ki, bank sektorunda riskləri və izafi hərarətlənməni tənzimləmək üçün maliyyə sabitliyinin idarə olunmasının çevik alətləri tətbiq olunub, nəticədə iqtisadiyyata yeni verilən kreditlər üzrə orta faiz dərəcələri əhəmiyyətli enməyə başlayıb.

Prezident İlham Əliyevin Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransdakı çıxışını xatırladan E.Rüstəmov bildirib ki, həqiqətən də son illərdə Azərbaycanın bank sektoru sürətlə inkişaf edib, və bu gün ölkəmiz güclü bank sektoruna malikdir: “Ümumilikdə ölkə iqtisadiyyatının, xüsusilə də regionların kredit resurslarına və maliyyə xidmətlərinə çıxış imkanlarının sağlam əsasda genişlənməsinə nail olunub”.

 

Trend.az