Ötən il Azərbaycanda 78,5 min nikah və 11 min boşanma halları qeydə alınıb

Posted by

Ötən il Azərbaycanda 78,5 min nikah və 11 min boşanma halları qeydə alınıb

Ötən il ərzində Azərbaycanda rəsmi orqanlar tərəfindən 78,5 min nikah və 11,0 min boşanma halları qeydə alınıb.

 

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 9,1, boşanmaların sayı isə 1,3 olub.

 

Ötən ilin yanvar-noyabr ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1534 nəfər gələn və 742 nəfər ölkədən gedən qeydə alınıb.

 

Apa.az