Təmas xəttindəki gərginlik və zorakılıq sülh səylərinə zərbə vurur
Gün.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Twitter” səhifəsində yazıb.
Həmsədr yanvarın 20-də cəbhə xəttində baş vermiş ölümlərdən təəssüfləndiyini söyləyib.
Qeyd edək ki, Ermənistan mediasında yanvarın 20-də Azərbaycanın diversiya qrupunun atəşkəsi pozduğu və erməni tərəfinin itkilər verdiyi haqda xəbərlər yayılıb.
Azərbaycan Müdafiə Nazirliyi isə bu xəbərləri dezinformasiya və provokasiya adlandıraraq bildirib ki, erməni tərəfinin itkiləri onların sıralarında nizam-intizamın aşağı səviyyədə olması, zabit heyəti ilə sıravilər arasında subordinasiyanın kobud şəkildə pozulması, eləcə də Ermənistandan olan çağırışçılarla Dağlıq Qarabağ erməniləri arasındakı qarşıdurmanın nəticəsidir.
Eyni zamanda, xatırladaq ki, bu həftə Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüş keçiriləcək.
Gün.Az