Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşü keçirilir

Posted by

Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilir.

APA-nın Gürcüstan müxbiri xəbər verir ki, görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Gürcüstan xarici işlər naziri Mixail Canelidze iştirak edirlər.

Görüşün sonunda birgə Bəyannamə imzalanacaq.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya açıqlamasında görüşdə hər üç ölkənin iştirak etdiyi regional layihələrin müzakirə olunacağını, xüsusilə Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin (BTQ) inkişafı, TAP və TANAP layihələrinin əsas müzakirə obyekti olacağını bildirib.

Görüşün nəticəsi olaraq imzalanacaq Bəyannamədə üç ölkə arasında regional əməkdaşlığa dair layihələrin əhəmiyyəti bir daha vurğulanacaq, o cümlədən Azərbaycan və Gürcüstanı narahat edən münaqişələrə münasibət əksini tapacaq.

Bəyannamədə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstək bir daha vurğulanacaq.

H. Hacıyev qeyd edib ki, nazirlər tərəfindən BTQ dəmir yoluna baxış keçirilməsi də nəzərdə tutulub.

Üçtərəfli görüş jurnalistlər üçün qapalı keçirilir.

Qeyd edək ki, bu, üç ölkə nazirlərinin bu formatda V görüşüdür.

Apa.az