Təhsil Problemləri İnstitutunun adı dəyişdirildi

Posted by

Təhsil Problemləri İnstitutunun adı dəyişdirildi

Təhsil Problemləri İnstitutunun adı dəyişdirildi

Təhsil Problemləri İnstitutunun adı dəyişdirildi

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun adının dəyişdirilməsi və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

 

Fərmanda qeyd olunur ki, Təhsil Problemləri İnstitutu Azərbaycan Respublikasının Təhsil İnstitutu adlandırılsın.

 

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırlır.

 

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların fərmana uyğunlaşdırılmasını təmin eməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

 

Trend.az