Təhsil Nazirliyi qəbul planını hökumətə təqdim etdi
“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların 2015-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları” Nazirlər Kabinetinə təsdiq olunmaq üçün təqdim olunub. Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, qəbul planları Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra ixtisaslar üzrə yerlərin sayı və qəbul müddəti göstərilməklə ali təhsil və elmi-tədqiqat müəssisələri tərəfindən KİV-də elanlar veriləcək.
Bu il Azərbaycan Respublikasının Təhsil Nazirliyi sisteminə daxil olan ali təhsil və elmi tədqiqat müəssisələrinin doktoranturalarına qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları”na əsasən aparılacaq. Qəbul imthanlarının məzmunu, təşkili və formatı ilə bağlı dəyişikliklər gözlənilmir.
Doktoranturaya qəbul haqqında elanın verilməsi, sənədlərin qəbulu və qəbul imtahanlarının təşkili ali təhsil müəssisələri tərəfindən həyata keçiriləcək.
Trend.az