Təhsil Nazirliyi müəyyən normativ-hüquqi sənədləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə hazırlayacaq

Posted by

Təhsil Nazirliyi məktəblərdə “Çağırışaqədərki hazırlıq” fənninin keyfiyyətinin artırılması, bu sahəyə xüsusi diqqətin verilməsini daimi ön planda saxlayır.

Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov APA-ya açıqlamasında deyib ki, bu istiqamətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə xüsusi danışıqlar aparılıb.

Onun sözlərinə görə, xidmətlə birgə müəyyən normativ-hüquqi sənədlərin birgə işlənib hazırlanması barədə razılığa gəlinib: “Onlarla sıx əməkdaşlıq edirik. Dərs ilinin əvvəlində də təhsil nazirinin yerlərdə “Çağırışaqədərki hazırlıq” fənninin tədrisinin yaxşılaşdırılması, pedaqoji kadrların ixtisasartırma tədbirlərinə cəlb edilməsi, hər bir məktəbdə hərbi idman oyunlarının həyata keçirilən komandaların yaradılması və digər məsələlər barədə xüsusi təlimatlı məktubu olub. Bunun yerinə yetirilməsi istiqamətində dərs ili ərzində 2 böyük tədbir, açıq dərslər keçirilib. Eyni zamanda, bu fənnin tədrisi sahəsində yaranan problemlərin həlli böyük tərkibdə müzakirə olunub. Bakının hər bir rayonunda hərbi hissə yoxdur. Amma uşaqların hərbi hissələrlə tanışlığı bizim üçün vəzifədir. Biz o işləri zamanla və qrafikə uyğun olaraq yerinə yetirəcəyik”.

Bu tədris ilinin sonuna kimi şagirdlərin fənnin tədrisi çərçivəsində hərbi hissələrə aparılmasına gəlincə A. Əhmədov qeyd edib ki, bu işlər qrafikə uyğun icra olunacaq.

Onun sözlərinə görə, daha geniş tədbirlər növbəti dərs ilində artıq sistemli şəkildə həyata keçiriləcək.

Apa.az