Təhsil Nazirliyi internat məktəblərində uşaqların saxlanma vəziyyətinə nəzarəti gücləndirib
Təhsil Nazirliyi internat məktəblərində videokameralar quraşdırıb.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, məqsəd TN sistemində fəaliyyət göstərən dövlət uşaq müəssisələrində uşaqların saxlanma vəziyyətinə və onlara göstərilən xidmətə nəzarətin səmərəli həyata keçirilməsidir.
Videokameraların quraşdırılması, həmçinin uşaqlara verilən qidanın keyfiyyətinə və ərzağın tələb olunan normalara uyğun sərfiyyatına nəzarət mexanizminin təmin edilməsinə xidmət edir.
Trend.az