Təhsil Nazirliyi: Bu il də bütün orta məktəb məzunlarına attestat və şəhadətnamə veriləcək

Posted by

Təhsil Nazirliyi: Bu il də bütün orta məktəb məzunlarına attestat və şəhadətnamə veriləcək

 

Təhsil Nazirliyi: Bu il də bütün orta məktəb məzunlarına attestat və şəhadətnamə veriləcək

Təhsil Nazirliyi: Bu il də bütün orta məktəb məzunlarına attestat və şəhadətnamə veriləcək

 

Ötən il olduğu kimi, bu il də hər hansı fəndən “iki” qiyməti almasından asılı olmayaraq, orta məktəbin bütün 11-ci sinif məzunlarına attestat, 9-cu sinif məzunlarına şəhadətnamə veriləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, ötən ilin may ayında Nazirlər Kabineti orta məktəb məzunlarına attestatların verilməsi ilə bağlı qaydalara dəyişikliklər edib: “Ötən il qaydalar dəyişdirilən zaman onun tətbiqi müddətinin bir il olması nəzərdə tutulmamışdı. 2013-cü ilin may ayında Nazirlər Kabinetinin qərarı ilə attestaların verilməsi qaydlarında dəyişikliklər edildikdən sonra məzunların 99,3 faizi attestat alıb. Bu il də prosedur eyni qaydada həyata keçiriləcək”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 23 may 2013-cü il tarixli qərarı ilə təhsil haqqında attestat və digər sənədlərin verilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik aktlarına müvafiq dəyişikliklər edilib. Qəbul edilmiş qərar əsasında illik qiymətlərdən asılı olmayaraq, bütün 9-cu sinif şagirdləri buraxılış imtahanlarına buraxılırlar. Onlar, həmçinin buraxılış imtahanında alınan qiymətlərdən asılı olmayaraq, yekun attestasiyanın nəticələrini özündə əks etdirən şəhadətnamə almaq hüququna malik olurlar.

11-ci sinif məzunları bütün fənlər üzrə müsbət illik qiymətlər (3 və daha yuxarı) almaq şərti ilə buraxılış imtahanlarına buraxılırlar. Bu kateqoriya məzunların attestat qiyməti 10 və 11-ci siniflər üzrə illik qiymətlər və imtahan nəticəsində alınmış qiymətlərin yuvarlaq orta qiymətidir.

 

Trend.az