Təhsil naziri Şəmkirdə vətəndaşları qəbul edib

Posted by

Təhsil naziri Şəmkirdə vətəndaşları qəbul edibTəhsil naziri Şəmkirdə vətəndaşları qəbul edib

Təhsil naziri Şəmkirdə vətəndaşları qəbul edib

Bu gün təhsil naziri Mikayıl Cabbarov Şəmkir şəhərindəki Gənclər Mərkəzində Şəmkir, Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayonlarında yaşayan vətəndaşları qəbul edib.

 

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda vətəndaşlar, əsasən müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər.

Qəbulda 34 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

Şəmkirə səfəri çərçivəsində təhsil naziri, həmçinin rayon mərkəzindəki Nizami Gəncəvi adına tam orta məktəbin tikintisi ilə tanış olub və inşaat işlərinin gedişi ilə maraqlanıb.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən 2014-cü ildə yenidən tikintisinə başlanılmış 624 şagird yerlik təhsil müəssisəsində müasir tələblərə cavab verən sinif otaqları, laboratoriyalar, fənn kabinetləri, idman və akt zallarının inşası nəzərdə tutulub.

 

Apa.az