Təhsil naziri 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə bağlı əmr imzalayıb

Posted by

Təhsil naziri 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə bağlı əmr imzalayıbTəhsil naziri 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə bağlı əmr imzalayıb

Təhsil naziri 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə bağlı əmr imzalayıb

Təhsil naziri Mikayıl Cabbarov 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün təhsil müəssisələrində qeyd edilməsi barədə əmr imzalayıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmrdə qeyd olunub ki, tədbirlər planına müvafiq olaraq ali, ilk peşə və orta ixtisas təhsili, ümumtəhsil, internat məktəbləri və məktəbdənkənar təhsil müəssisələrində 6 – 20 yanvar tarixlərində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçirilməlidir.

20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirillməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planında ali, ilk peşə və orta ixtisas təhsili, ümumtəhsil, internat məktəbləri və məktəbdənkənar təhsil müəssisələrində 20 yanvar hadisələrinin mahiyyətini əks etdirən toplantı, konfrans və mühazirələrin keçirilməsi, xüsusi qəzetlər, bülletenlər, stendlər, guşələr yaratmaq, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri, şagirdlər və tələbələrlə görüşlər təşkil etmək; ali, ilk peşə və orta ixtisas təhsili, ümumtəhsil və internat məktəbləri, məktəbdənkənar təhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr edilmiş xüsusi dərsin aparılması; Bakı şəhərində və respublikanın bölgələrində şəhidlərin xatirəsinə ucaldılmış abidələrə, şəhidlər xiyabanlarına şagird və tələbələrin ziyarətini təşkil etmək və təhsil müəssisələrinin internet saytında 20 Yanvar faciəsini əks etdirən materiallar yerləşdirmək nəzərdə tutulub.

 

Apa.az