Televiziya və radio yayımı haqqında Azərbaycan Respublikasının Qanunu

Posted by

Bu Qanun hər kəsin məlumat, fikir və söz azadlığının, açıq və azad müzakirələr keçirmək hüququnun təmin edilməsinə yönəldilən televiziya və radio fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyənləşdirir.
Bu Qanunun məqsədləri üçün istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. abonent – televiziya və radio (bundan sonra – teleradio) yayım xidmətlərindən istifadə edən fiziki və ya hüquqi şəxs; 1.0.2. audiovizual informasiya – səslə müşayiət olunan görüntülü (təsvirli) informasiya.

televiziya-v601-radio-yay305m305