“Televiziya və radio yayımı haqqında” qanuna dəyişiklik təsdiq edildi

Posted by

"Televiziya və radio yayımı haqqında" qanuna dəyişiklik təsdiq edildi

“Televiziya və radio yayımı haqqında” qanuna dəyişiklik təsdiq edildi

"Televiziya və radio yayımı haqqında" qanuna dəyişiklik təsdiq edildi

Prezident İlham Əliyev “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2016-cı il 28 oktyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

 

Dəyişikliyə əsasən, qanuna aşağıdakı məzmunda 12-1-ci maddə əlavə edilir:

 

“Maddə 12-1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumatın verilməsi

 

12-1.1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir.

 

12-1.2. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir.

 

12-1.3. “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına yol verilmir.”.

 

Trend.az