Tehranda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin informasiya nazirlərinin 10-cu iclası işə başlayıb

Posted by

Dekabrın 3-də Tehranda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin informasiya nazirlərinin 10-cu iclası öz işinə başlayıb.

“Sülh və sabitlik uğrunda medianın inteqrasiyası” mövzusunda keçirilən iclasda 57 dövlətin rəsmi nümayəndəsi iştirak edir.

Tədbirin açılışında İran İslam Respublikasının birinci vitse-prezidenti İshaq Cahangiri, mədəniyyət və islam oriyentasiyası naziri Əli Cənnəti, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni çıxış ediblər.

İclasda İslam ölkələrində baş verən münaqişəli hadisələrin obyektiv işıqlandırılması və İslam dini haqqında qərəzli informasiyaların yayılmasının qarşısının alınması ilə bağlı məsələlər müzakirə edilir.

Azərbaycanı iclasda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

AzərTac.az