Təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 648 minə çatıb

Posted by

Təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 648 minə çatıb

Bu il yanvarın 1-nə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 mln. 64 7 min 906-a çatıb.

 

Gün.Az Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, onların 19 830-u qeyri-əhali abonentidir.

 

İndiyədək təbii qazla təmin olunmuş 1 mln. 579 min 085 əhali abonentindən əlavə, ötən ilin sentyabr-dekabr aylarında çoxmərtəbəli və yüksək mərtəbəli yaşayış binalarında, həmçinin fərdi qaydada qazlaşmış mənzillərdə 48 min 991 əhali abonenti qeydiyyata alınıb.

 

Bu il yanvarın 1-i tarixinə mövcud olan 1 mln. 628 min 076 əhali abonentindən 167 min 536-sı ötən il ərzində qeydiyyata alınmış yeni abonentdir ki, bunun da 57 min 708-i Bakı, Abşeron və Sumqayıt, 109 min 828-i isə digər regionların payına düşür.

 

Təkcə 2013-cü ilin dekabr ayı ərzində 22 min 294 yeni abonent qeydiyyata alınıb.

 

Bunun 10 min 279-u Bakı, Abşeron və Sumqayıt, 12 min 015-i isə digər regionlara aiddir.

 

Ötən il 217 yaşayış məntəqəsi qazlaşdırılıb və qaz təminatı bərpa olunub.

 

Ümumiyyətlə, abonentlərin 701 min 645-i Bakı şəhəri (691 min 448 əhali, 10 min 197 qeyri-əhali abonenti), 946 min 261-i isə digər regionların (936 min 628 əhali, 9 min 633 qeyri-əhali abonenti) payına düşür.