İtaliyanın “Corriere della sera” jurnalında Bakının müasir meqapolisə çevrilməsindən bəhs edən məqalə dərc olunmuşdur

Posted by

İtaliyanın “Corriere della sera” jurnalında Bakının müasir meqapolisə çevrilməsindən bəhs edən məqalə dərc olunmuşdur

 

İtaliyanın “Corriere della sera” jurnalında Bakının müasir meqapolisə çevrilməsindən bəhs edən məqalə dərc olunmuşdur

İtaliyanın “Corriere della sera” jurnalında Bakının müasir meqapolisə çevrilməsindən bəhs edən məqalə dərc olunmuşdur

 

İtaliyanın “Corriere della sera” jurnalında Azərbaycanın paytaxtı Bakının müasir meqapolisə çevrilməsindən bəhs edən məqalə dərc olunmuşdur.

Yazıda gündən-günə dəyişən, müasir görkəmi ilə göz oxşayan, Xəzər dənizinin sahilində yerləşən Bakının füsunkar gözəlliyindən bəhs olunur. Bildirilir ki, zəngin enerji ehtiyatlarına malik Azərbaycanın paytaxtı Bakı hələ keçmiş dövrlərdə neft sənayesinin sürətli yüksəlişinin müşahidə edildiyi bir şəhər olmuşdur. Azərbaycan keçmiş sovetlər birliyinin süqutundan sonra – 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmişdir. Bu gün Azərbaycan dünyada nüfuz sahibinə çevrilmiş bir ölkədir. Bu ölkənin beynəlxalq müstəvidə qazandığı uğurlar paytaxt Bakıya da müsbət təsirini göstərməkdədir.

Məqalədə Azərbaycanın müasir incəsənətinin təbliği ilə məşğul olan “YARAT!” qeyri-kommersiya təşkilatının fəaliyyəti ilə bağlı da məlumat verilir. Qeyd olunur ki, 2011-ci ildə Aida Mahmudova tərəfindən təsis edilmiş qurumun məqsədi müasir Azərbaycan incəsənətini ölkə və dünya səviyyəsində təmsil etməkdir. Aida Mahmudovanın rəhbəri olduğu “YARAT” Müasir İncəsənət Məkanının Venesiyada təşkil etdiyi “Love me, love me not” adlı sərgi böyük maraqla qarşılanmışdır.

Bakının öz möhtəşəm memarlıq abidələri və yeni tikililəri ilə seçildiyini vurğulayan müəllif bu şəhərin dünyanın müxtəlif ölkələrindən gələn turistlərin diqqətini cəlb etdiyini yazır. Bildirilir ki, Bakının ən möhtəşəm tikililərindən biri sayılan Heydər Əliyev Mərkəzi dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında inşa edilmişdir. Bu fərqli arxitektura nümunəsi Azərbaycan paytaxtının mənzərəsinə daha da gözəllik qatır.

Yazıda diqqətə çatdırılır ki, Şərq ilə Qərbin qovuşduğu coğrafi ərazidə yerləşən Azərbaycan paytaxtı özünəməxsus memarlığı ilə də fərqlənir. Paytaxtın simasına xüsusi yaraşıq verən, müasir incəsənətin rəmzi sayılan alov dilləri formasında üç göydələndən ibarət “Alov qüllələri” Bakını daha da gözəlləşdirir. Yeni tikilmiş möhtəşəm otellər, gözqamaşdıran göydələnlərlə yanaşı, bu şəhərdə tarixin izlərini də açıq-aşkar görmək olar. Belə ki, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş bir sıra dəyərli abidələr məhz Bakıda yerləşir.

 

AzərTAc.az