Tahir Süleymanov: Azərbaycanda gənclərə dövlət qayğısı artırılır, onların layihə və ideyaları dəstəklənir

Posted by

Tahir Süleymanov: Azərbaycanda gənclərə dövlət qayğısı artırılır, onların layihə və ideyaları dəstəklənirTahir Süleymanov: Azərbaycanda gənclərə dövlət qayğısı artırılır, onların layihə və ideyaları dəstəklənir

Tahir Süleymanov: Azərbaycanda gənclərə dövlət qayğısı artırılır, onların layihə və ideyaları dəstəklənir

Hazırda Azərbaycan dünyada iqtisadi inkişaf tempinə görə ən qabaqcıl ölkələrdən biridir. Azərbaycan iqtisadiyyatı son 10 ildə 3,4 dəfə artıb. Biz əhali və ərazisinə görə kiçik bir dövlət olmağımıza baxmayaraq, büdcəmizi 25 dəfə artırmışıq. Bu, həqiqətən də fantastik göstəricidir. Bu inkişafın fonunda Azərbaycanda gənclərə göstərilən dövlət qayğısı artırılır, onların layihə və ideyaları dəstəklənir. Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Avropa Tələbələr Birliyinin (ESU) İdarə Heyətinin 67-ci iclasının rəsmi açılışında çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov deyib.

 

Azərbaycanda gedən inkişaf prosesləri fonunda gənclərə artan dövlət qayğısından danışan T.Süleymanov tədbir iştirakçılarının da Azərbaycanda gedən dinamik inkişafı gördüklərini vurğulayıb.

 

Tədbirdə iştirak edən avropalı tələbələrə Azərbaycanda elm və təhsilə ayrılan diqqət barədə məlumat verən PA rəsmisi qeyd edib ki, ölkəmizdə 4500 orta məktəb var və cəmi 10 il ərzində onların 3 mindən çoxu yenidən tikilib: “Məktəblər müasir standartlar əsasında yenidən qurulub. Təhsilin inkişafı üçün bütün müasir avadanlıqlar və texnologiyalar təhsil sistemində tətbiq olunub. Buna görə də son illər Azərbaycan elm və təhsil sahəsində də uğurlar əldə edib”.

 

Bu uğurların ən başlıca səbəbinin 23 il əvvəl qazanılan müstəqillik olduğunu deyən T.Süleymanov əlavə edib ki, Azərbaycan olduqca qapalı dövlət olan SSRİ-nin tərkibində olarkən bir çox problemlərlə üzləşib: “Azərbaycan müstəqillik qazandıqdan sonra bir çox beynəlxalq qurumlara üzv olduq. Bütün sahələrdə dünya ilə inteqrasiya prosesinə qoşulduq. Bundan başqa, artıq Azərbaycan tolerantlıq mərkəzi, dünya və Avropa miqyaslı tədbirlərin əsas təşkilatçısı kimi də tanınmağa başladı. Demək olar ki, hər gün ölkəmizdə müxtəlif tədbirlər keçirilir. Bu, dünya ölkələrinin, beynəlxalq qurumların bizə göstərdiyi inamın və Azərbaycanın özünü sübut etməsinin nəticəsidir”.

 

Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verən T.Süleymanov qeyd edib ki, çox təəssüflər olsun ki, hazırda yaşadığımız müasir dövrdə hər kəs demokratiyanın inkişafından danışsa da, bəzi ölkələrdə 100 minlərlə insanın hüquqları pozulur.

 

PA rəsmisi qeyd edib ki, Azərbaycanda da erməni təcavüzü nəticəsində minlərlə insanın hüquqları pozulub: “Onlardan hazırda 350 mindən çoxu gənclərdir. Biz inanırıq ki, dünya ölkələri bu haqsızlığıa qarşı öz qəti mövqeyini göstərəcək və bunu edənlərə qarşı etirazını bildirəcək. Bir gün haqq-ədalət öz yerini tutacaq”.

 

Trend.az