Tahir Rzayev: “Onlar həmişə ermənipərəst mövqeyi tutublar

Posted by

Tahir Rzayev: "Onlar həmişə ermənipərəst mövqeyi tutublarTahir Rzayev: “Onlar həmişə ermənipərəst mövqeyi tutublar

Tahir Rzayev: "Onlar həmişə ermənipərəst mövqeyi tutublar

Beynəlxalq təşkilatların və Avropa dövlətlərinin Ermənistan hakimiyyətinin ölkə müxalifətinə divan tutmasına göz yummasının, lakin Azərbaycanda hər hansı bir xırda məsələyə şişirdilmiş münasibət bildirməsinin bir sıra səbəbləri var. Bunu Trend-ə millət vəkili Tahir Rzayev deyib.

 

T.Rzayev qeyd edib ki, bu, birinci dəfə baş verən hal deyil: “Onlar həmişə ermənipərəst mövqeyi tutublar. Bunun da müəyyən səbəbləri var. Çünki Ermənistan geridə qalmış, heç bir sərvəti olmayan, iqtisadi cəhətdən ağır vəziyyətdə olan, başqasının himayəsi altında yaşayan bir dövlətdir. Yəni Ermənistana maraq yoxdur və ona görə də Ermənistanda baş verən hadisələrlə bağlı susurlar. Həm də onları dini baxışlar, yəni xiristianlıq birləşdirir. Amma Avropanın inkişaf etmiş dövlətlərinin müsəlman ölkələrini görmək gözü yoxdur. Onlar müsəlman dövlətinin inkişaf etməsini istəmirlər. Ona görə də onlar istəmirlər ki, Azərbaycan inkişaf etsin. Onlar Qafqazda Azərbaycan kimi inkişaf edən, müstəqil siyasət yürüdən bir dövlət görmək istəmirlər”.

 

Millət vəkili hesab edir ki, Avropanın Ermənistandan ala biləcəyi heç nə yoxdur: “Onlar Ermənistanı bir oyuncaq dövlət hesab edirlər və istəyirlər ki, Ermənistanı şirnikləşdirib müəyyən dövlətlərin himayəsindən çıxararaq öz əllərində bir oyuncağa çevirsinlər və bundan istifadə etsinlər. Ermənistanda parlamentdə insanları güllələdilər, prezident seçkiləri zamanı neçə adam qətlə yetirildi, nə qədər adam tutuldu, amma Avropa susur. Əgər Ermənistan hakimiyyəti sabah əhalinin yarısını da qırsa, onlar elə bir reaksiya verməyəcəklər”.

 

T.Rzayev bildirib ki, bəzi beynəlxalq təşkilatlar, Avropa ölkələri istəyir ki, Azərbaycan haqqında mənfi imic formalaşdırsınlar və ondan təzyiq vasitəsi kimi istifadə edərək Azərbaycana müəyyən öhdəliklər qəbul etdirsinlər: “Azərbaycan isə bunu qəbul edən deyil. Cənab Prezident İlham Əliyev qəti sözünü deyib ki, Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət dürüdür və bizim kiminsə qarşısında heç bir öhdəliyimiz yoxdur”.

 

Trend.az