İstəmədiyimiz SMS-lərdən xilas olacağıq
Abonentlərə kütləvi SMS-məlumatların göndərilməsinin dayandırılması məsələsi məcburi qaydada həll ediləcək. Trend-in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov cümə günü jurnalistlərə deyib.
Onun sözlərinə görə, abonentlərin əksəriyyəti belə qısa məlumatlara qarşı deyillər, çünki onlar məlumatı almağa görə ödəniş etmirlər: “Şübhəsiz ki, abonentlər arasında belə kütləvi SMS göndərişinin əleyhinə olanlar da var. İndiki halda onlar bu problemi birdəfəlik həll edə bilərlər. Bunun üçün xidmətləri göstərən operatora müraciət etmək lazımdır. Əgər mobil operator abonentin şikayətini təmin edə bilmirsə, biz tənzimləyici sənəd hazırlamışıq. Sənəd operatorları abonentlərin bütün narazılıqlarını məcburi qaydada həll etməyə vadar edəcək”.
Bununla əlaqədar Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Telekommunikasiyalar haqqında” qanunda dəyişikliklər edilməsini təklif edir.
Trend.az