İstanbuldakı “Zeynəbiyyə” məscidində cümə xütbəsi Qarabağa və Xocalıya həsr edilib
Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar dünyanın bir sıra ölkələrində, o cümlədən Türkiyədə tədbirlər keçirilir.
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə İstanbuldakı “Zeynəbiyyə” məscidindəki cümə xütbəsi Qarabağa və Xocalıya həsr edilib.
Cümə namazı üçün Qarabağda – Ağdam və Şuşa məscidlərində işğaldan öncə səslənən son azan “Qazi Qarabağ” azanı səsləndirilib. Türkiyə cəfərilərinin lideri Səlahəddin Özgündüz xütbəsində erməni təcavüzkarları nəticəsində Azərbaycanın torpaqlarının işğal olunduğu, minlərlə şəhidin verildiyi, 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz yurd-yuvaları tərk etməsinə səbəb olduğunu deyib.
S.Özgündüz “Qazi Qarabağ” azanı haqqında da məlumat verib. O qeyd edib ki, vaxtilə Qarabağda səslənən bu azanın sədaları altında 5 minə yaxın şəhid dəfn edilib.
Apa.az