İspaniya parlamentində Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına dair sənəd qəbul ediləcək

Posted by

İspaniya parlamentində Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Emrənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı sənəd qəbul ediləcək. Trend xəbər verir ki, bunu Milli Məclisdə keçirilən mətbuat konfransında İspaniya parlamentinin üzvlərindən ibarət Azərbaycanla qeyri-formal dostluq qrupunun rəhbəri Xose Mariya Çikoyo deyib.

Onun sözlərinə görə, Bakıda olduqları üç gün ərzində regionda baş verən həqiqətlərlə yaxın tanış olublar.

BMT-nin erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılmasına dair 4 qətnaməsinin yerinə yetirilməməsindən təssüf etdiyini deyən ispaniyalı parlamentari qeyd edib ki, onlar İspaniyaya qayıtdıqdan sonra bu məsələni parlamentdə qaldıracaq və təxminən bir ay, ay yarımdan sonra müvafiq sənədin qəbul olunmasına nail olmağa çalışacaqlar.

Trend.az