İspaniya da terror təhlükəsi səviyyəsini yüksəltdi
İspaniya beynəlxalq terror təhlükəsi səviyyəsini 2-dən 3-ə yüksəldib.
Trend-in Türkiyənin “Cihan” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İspaniyanın daxili işlər naziri Xorxe Fernandes Dias deyib.
O, Fransadak terror aktı ilə əlaqədar terrorizmlə mübarizə aparan müvafiq qurumların səlahiyyətli şəxslərini bir yerə toplayıb. Görüşdən sonra nazir bildirib ki, strateji binaların təhlükəsizliyi gücləndiriləcək və küçələrdə daha çox polis olacaq.
Qeyd edək ki, İspaniyada terror təhlükəsinin səviyyəsi 5 ballıq şkala ilə ölçülür.
Trend.az