Sosial sığorta sistemində fərdi uçota alınanların sayı 2013-cü il ərzində 425 min nəfərdən çox artıb

Posted by

Sosial sığorta sistemində fərdi uçota alınanların sayı 2013-cü il ərzində 425 min nəfərdən çox artıb. TRend-in məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev məlumat verib.

Fond sədri bildirib ki, 2014-cü ilin 1 yanvar tarixinə 2 milyon 691 mindən çox sığortaolunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb. 2013-cü il ərzində, eyni zamanda, sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatların qəbulu prosesi aparılıb: “Fondun internet saytında fərdi şəxsi hesablarda əks olunan məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə sığortaolunanların məlumatlandırılması xidməti fəaliyyətini davam etdirib. Bu xidmət çərçivəsində hər bir sığortaolunan fərdi şəxsi hesabında əks olunan pensiya kapitalı, iş yerləri üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları maneəsiz əldə etmək imkanına malikdir ki, bütün bunlar işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsinə imkan verir”.

Trend.az