Sosial siyasət komitəsi 2 qanun layihəsini yenidən işləyəcək

Posted by

Sosial siyasət komitəsi 2 qanun layihəsini yenidən işləyəcək

Sosial siyasət komitəsi 2 qanun layihəsini yenidən işləyəcək

Sosial siyasət komitəsi 2 qanun layihəsini yenidən işləyəcək

Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, komitənin bugünkü iclasının gündəliyinə 3- “Reproduktiv sağlamlığın qorunması haqqında” və “Uşaqların istirahətinin təşkili haqqında” qanun layihələrindəki əlavə və dəyişikliklər, eləcə də Ulu Öndər Heydər Əliyevin 91 illiyi ilə bağlı komitə tərəfindən “Heydər Əliyev Azərbaycanın sosial müdafiə strategiyasının banisidir” adlı əsərin hazırlanması ilə bağlı məsələlərin müzakirəsi daxil edilib.

 

“Reproduktiv sağlamlığın qorunması haqqında” layihəyə edilən dəyişikliklər haqqında məlumat verən komitə sədri Hadi Rəcəbli bildirib ki, dəyişikliklərə əsasən qadınların reproduktiv sağlamlığının qorunması məqsədi ilə hər bir qadının hamiləlik dövründə, doğuş və doğuşdan sonrakı dövrdə dövlət səhiyyə sisteminin müəssilərində tibbi yardımın bütün növləri ilə (o cümlədən ixtisaslaşdırılmış tibbi yardımla) zəmanət verilmiş həcmdə pulsuz təmin olunacaq: “Eyni zamanda qadınların reproduktiv sağlamlığı sisteminin xəstəliklərinin, eləcə də süd vəzilərinin və uşaqlıq boynunun xərçənginin aşkarlanması və müalicəsi məqsədi ilə mütləq profilaktik tibbi (ilkin və vaxtaşırı) müayinələr aparılmalıdır”.

 

O həmçinin qeyd edib ki, qanunda edilən dəyişikliklərdə o da nəzərdə tutulub ki, cinsi ilə bağlı irsi xəstəliyin keçirilməsi ehtimalının olduğu hallar istisna olmaqla, köməkçi reproduktiv texnologiyalarının tətbiqi zamanı uşağın cinsinin planlaşdırılmasına icazə verilmir: “Nikahda olan şəxslər yalnız qarşılıqlı razılıq əsasında köməkçi reproduktiv texnologiyalardan istifadə edə bilərlər. Reproduktiv hüceyrələr üzrə donorluq ödənişli və ya pulsuz əsaslarla donorun (donorların) yazılı məlumatlandırılmış könüllü razılığına əsasən həyata keçirilir”.

 

“Uşaqların istirahətinin təşkili haqqında” qanun layihəsi barədə danışan H. Rəcəbli qeyd edib ki, qanun layihəsinin qəbulunun geçikməsinə səbəb Maliyyə Nazirliyinin uşaqların istirahətinə lazım olan vəsaiti ayırmamasıdır: “Uşaqlar üçün istirahət mərkəzlərinin tikintisi üçün Maliyyə Nazirliyinə müraciət edəndə cavab verirlər ki, bu qədər vəsaiti haradan alaq? Biz isə deyirk ki, yenilərini tikməyək, bu gün mövcud olan pansionatlar var onlardan istifadə edək. Hazırda 30-a yaxın ponsionat dağılmış, yararsız vəziyyətdədir. Qanun qəbul olunduqdan sonra yəqin ki, məcburi köçkünlərin məskunlaşdığı ponsionatlar da boşalılacaq”.

 

İclasda həmçinin Ulu öndər Heydər Əliyevin 91 illik yubileyi ilə bağlı “Heydər Əliyev Azərbaycanın sosial müdafiə strategiyasının banisidir” adlı əsərin layihəsinə müsbət rəy verilib. Məlumat üçün bildirək ki, layihə Milli Məclisə Heydər Əliyev Fondu tərəfindən göndərilib.

 

Qeyd edək ki, iclasın sonunda hər iki qanun layihəsinin Milli Məclisin plenar iclasına tövsiyyə olunmadan təkmilləşdirilərək yenidən işlənib hazırlanmasına qərar verilib.

 

Sia.az