Sorğu: Ukraynalıların yalnız 5 faizi Krımın Rusiyaya verilməsinə tərəfdardır

Posted by

Ukraynalıların 77 faizi Krım Muxtar Respublikasının Ukrayna tərkibində qalmasının tərəfdarıdır.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, “Reytinq” sosioloji qrupun Ukraynada martda keçirdiyi sorğunun nəticələrinə əsasən, respondentlərin 61 faizi Ukrayna üçün ən optimal variant kimi unitar dövlət quruluşunu görür. Rəyi soruşulanların 24 faizi federal dövlət quruluşunun tərəfdarı olduğunu açıqlayıb, 15 faiz isə mövqeyini müəyyənləşdirməkdə çətinlik çəkib.

Məlum olub ki, Donbass regionu istisna olmaqla, Ukrayna bölgələrinin əksəriyyəti unitar quruluşu dəstəkləyir. Donbassda əhalinin 50 faizi federativ quruluşu bəyəndiyini açıqlayıb.

Krımla bağlı məsələyə gəldikdə isə ukraynalıların yalnız 5 faizi muxtar respublikanın Rusiyaya birləşdirilməsinə tərəfdar olduğunu açıqlayıb. Respondetlərin 77 faizi Krımın Ukrayna tərkibində muxtariyyatının saxlanılmasını istədiklərini deyib.

O da məlum olub ki, Krımın Ukraynadan ayrılaraq Rusiyaya birləşdirilməsinin tərəfdarları daha çox ölkənin cənubunda yaşayır (19 faiz).

Apa.az