ƏƏSMN-nin Peşə Reabilitasiya Mərkəzində sağlamlıq imkanları məhdud gənclər peşə hazırlığına cəlb edilib

Posted by

ƏƏSMN-nin Peşə Reabilitasiya Mərkəzində sağlamlıq imkanları məhdud gənclər peşə hazırlığına cəlb edilib

 

ƏƏSMN-nin Peşə Reabilitasiya Mərkəzində sağlamlıq imkanları məhdud gənclər peşə hazırlığına cəlb edilib

ƏƏSMN-nin Peşə Reabilitasiya Mərkəzində sağlamlıq imkanları məhdud gənclər peşə hazırlığına cəlb edilib

Sağlamlıq imkanları məhdud gənclər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığına cəlb edilib.

 

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə daha 35 nəfər gənc peşə hazırlığına cəlb edilib. Hazırda Mərkəzdə peşə təlimi keçən sağlamlıq imkanları məhdud gənclərin sayı 114 nəfərdir.

 

Mərkəzdə peşə reabilitasiyasına cəlb edilən sağlamlıq imkanları məhdud gənclər burada komputer istifadəçisi və komputer dizayneri, dərzi, bərbər-qadın-kişi, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq, rəssamlıq, tikiş, toxuma aşbaz köməkçisi, xalçaçılıq və s. peşələr üzrə təlim kursu keçirlər.

 

Bu günlərdə Mərkəzdə monumental-dekorativ sənət növlərindən olan mozaika üzrə yeni hazırlıq kursu da təşkil olunub və hazırda bu kursda 20 nəfər sağlamlıq imkanları məhdud gənc gəncə təcrübəli mütəxəssislər tərəfindən mozaika sənətinin sirləri öyrədilir.

 

Mərkəzdə kursları uğurla başa vuran gənclərə peşə şəhadətnamələri, yalnız özünüməşğulluq imkanlarına yiyələnə bilən şəxslərə isə peşə kursunu bitirmələri barədə arayışlar verilir. Peşə təlimində olduqları müddətdə gənclərin mədəni-kütləvi tədbirlərdə iştirakı, onlar üçün ekskursiyaların təşkili, müstəqil həyata hazırlanmaları və s. istiqamətlərdə məqsədyönlü işlər aparılır ki, bu da həmin gənclərin peşə reabilitasiyası ilə bərabər, sosial reabilitasiyasında da mühüm rol oynayır.

 

2013-cü ilin dekabrında Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı olan Peşə Reabilitasiya Mərkəzində sağlamlıq imkanları məhdud gənclər dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin edilirlər. Fəaliyyətə başladığı dövrdən indiyədək mərkəzə 700 nəfərə yaxın sağlamlıq imkanları məhdud gənc peşə təliminə cəlb olunub.

 

Trend.az