ƏƏSMN-nin 142 – “Çağrı mərkəzi” 45520 müraciəti cavablandırıb

Posted by

ƏƏSMN-nin 142 - "Çağrı mərkəzi” 45520 müraciəti cavablandırıb

 

ƏƏSMN-nin 142 – “Çağrı mərkəzi” 45520 müraciəti cavablandırıb

ƏƏSMN-nin 142 - "Çağrı mərkəzi” 45520 müraciəti cavablandırıb

Bu ilin ilk rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 – “Çağrı mərkəzi” tərəfindən 45520 müraciət cavablandırılıb.

 

Bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatda bildirilir.

 

Cari ilin mart ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-“Çağrı mərkəzi”nə 13993 müraciət daxil olub ki, onlardan 96,7 faizini sorğu xarakterli müraciətlər təşkil edib.

 

Vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə əlaqədar sorğuları qanunvericiliyin müvafiq maddələri əsasında dolğun hüquqi izahatlar verilməklə cavablandırılıb. Digər müraciətlərdə rəy, təklif və şikayətlər əksini tapıb və onlar araşdırılmaq üçün müraciət vərəqəsi əsasında nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib.

 

Ötən ay 142-“Çağrı mərkəzi”nə daxil olan müraciətlərin 48,4%-i sosial təminat, 15,9%-i əmək qanunvericiliyi, 18,2%-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən istifadə, 9,1%-i tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 8,4%-i isə məşğulluq məsələlərini əhatə edib.

 

Mart ayında 142-“Çağrı mərkəzi”nə daxil olan müraciətlərin sayı əvvəlki fevral ayı ilə müqayisədə 22,6%, o cümlədən tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası məsələləri üzrə 39%, məşğulluq məsələləri üzrə 35,2%, əmək qanunvericiliyi məsələləri üzrə 26,3%, sosial təminat məsələləri üzrə 21,8% azalıb.

 

Nazirliyin e-xidmətlərindən istifadəyə marağın artmasının göstəricisi olaraq, bu e-xidmətlərdən istifadə məsələlərini əhatə edən müraciətlərin sayı isə 2,5 faiz çoxalıb.

 

Ümumilikdə, cari ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-“Çağrı mərkəzi” tərəfindən 45520 müraciət cavablandırılıb.

 

Trend.az