Səlim Müslümov: Son beş ildə 13 mindən çox uşaq Azərbaycanda və xarici ölkələrdə reabilitasiya xidməti ilə təmin olunub

Posted by

Səlim Müslümov: Son beş ildə 13 mindən çox uşaq Azərbaycanda və xarici ölkələrdə reabilitasiya xidməti ilə təmin olunub

Səlim Müslümov: Son beş ildə 13 mindən çox uşaq Azərbaycanda və xarici ölkələrdə reabilitasiya xidməti ilə təmin olunub

Səlim Müslümov: Son beş ildə 13 mindən çox uşaq Azərbaycanda və xarici ölkələrdə reabilitasiya xidməti ilə təmin olunub

BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin XI sessiyasında iştirak etmək üçün Cenevrədə səfərdə olan Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov səfər çərçivəsində UNICEF-in Mərkəzi-Şərqi Avropa və MDB üzrə regional direktoru xanım Mari-Pyer Puarye ilə görüşüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf prosesləri və əldə olunan nailiyyətlər barədə məlumat verib. Nazir bildirib ki, özünün sosial dövlət statusunu gücləndirən Azərbaycan eyni zamanda uşaqların müdafiəsi sahəsində fəal siyasət aparan bir ölkədir. Təsadüfi deyil ki, 2009-cu il – Azərbaycanda “Uşaq ili” elan edilib və bununla ölkədə uşaqlarla bağlı aparılan dövlət siyasəti daha da gücləndirilib.

S.Müslümov Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlərdən söz açaraq bildirib ki, belə uşaqların dövlət hesabına pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək, təhsil almaq, sanatoriya-kurort müalicəsi ilə ilk növbədə təmin olunmaq hüquqları var. Təkcə son beş ildə respublika daxilində və xarici ölkələrdə olan reabilitasiya mərkəzlərində 13 074 nəfər sağlamlıq imkanları məhdud uşaq reabilitasiya xidməti ilə təmin olunub. Nazir ölkəmizdə uşaqların, həmçinin sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi sahəsində aparılan işlərdə UNICEF-lə əməkdaşlıq təcrübəsini yüksək dəyərləndirib və bu əməkdaşlığın genişləndirilməsinin qarşıda duran vəzifələrdən olduğunu qeyd edib.

UNICEF-in Azərbaycanla əməkdaşlığının inkişafından məmnunluğunu ifadə edən M.P.Puarye Azərbaycanda uşaqlarla bağlı həyata keçirilən uğurlu siyasət, o cümlədən uşaqların sosial müdafiəsi istiqamətində görülən işlər barədə məlumatlı olduğunu bildirib. O, həmçinin ölkəmnizdə əmək və sosial müdafiə sahəsində aparılan islahatları, yeni sosial layihələri yüksək qiymətləndirib.

Görüşdə, həmçinin UNICEF-lə Azərbaycanın əməkdaşlığının perspektivləri, ölkəmizlə qurumun birgə həyata keçirdiyi proqramlar barədə fikir mübadiləsi aparılıb.

 

Trend.az