Səlim Müslümov: “Əlillərin cəmiyyətin bütün sahələrində tam şəkildə iştirak etməsi üçün hər cür şərait yaradılmalıdır”

Posted by

Səlim Müslümov: “Əlillərin cəmiyyətin bütün sahələrində tam şəkildə iştirak etməsi üçün hər cür şərait yaradılmalıdır”Səlim Müslümov: “Əlillərin cəmiyyətin bütün sahələrində tam şəkildə iştirak etməsi üçün hər cür şərait yaradılmalıdır”

Səlim Müslümov: “Əlillərin cəmiyyətin bütün sahələrində tam şəkildə iştirak etməsi üçün hər cür şərait yaradılmalıdır”

“BMT-nin apardığı statistikaya görə, sağlamlıq imkanları məhdud olan uşaqlar sağlam uşaqlara nisbətən 4 dəfə çox işgəncələrə daha çox məruz qalır. Bu onu göstərir ki, dünyanın bir çox ölkələrində BMT-nin müvafiq konsepsiyası lazımınca yerinə yetirilmir”.

 

“APA-Economics”in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün Bakıda 3 dekabr – Beynəlxalq Əlillər günü münasibəti ilə Əlillərin stolüstü idman növləri üzrə İV ümumrespublika yarışlarının qaliblərinin mükafatlandırıma mərasimində bildirib.

 

Nazirin sözlərinə görə, bütün dünya üzrə əhalinin 15%-i, təxminən 1 milyarddan çox nəfəri çox sağlamlıq imkanları məhdud olan şəxslərdir: “Bu göstəricinin 80%-i də məhz inkişaf etmiş dövlətlərin payına düşür”.

 

S. Mülsümov vurğulayıb ki, sağlamlıq imkanları məhdud olan uşaqların sayı bütün dünya üzrə 100 milyon nəfərdir. Onun sözlərinə görə, Azərbaycanda sağlamlıq imkanları məhdud olan insanlar üçün bərabər imkanlar yaradılıb.

 

“Onların cəmiyyətin bütün sahələrində tam şəkildə iştirak etməsi üçün hər cür şərait yaradılmalıdır. Onlar cəmiyyətdən təcrid olunmamalı və digərlərindən fərqlənməməlidir. Bu yarışların da keçirilməsi əlilliyi olan şəxslərin idmana olan marağını artırmaqdır. Burada məqsəd yalnız qaliblərin deyil, əslində bütün iştirakçıları sevindirməkdir. Bu yarışlarda əsas məqsəd əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların idmana maraqlarını, onlarda özünə inam hissinin artırılmasıdır”, – deyə nazir əlavə edib.

 

Sonda stolüstü idman oyunları üzrə keçirilmiş respublika yarışlarının qalibləri mükafatlandırılıb. Yarışların finalında iştirak etmiş əlil şəxslərin hər birinə pul mükafatları və təşəkkürnamələr təqdim olunub.

 

 

Apa.az