“İslam dünyası daxili fikir ayrılıqlarından əziyyət çəkir”

Posted by

"İslam dünyası daxili fikir ayrılıqlarından əziyyət çəkir"

“İslam dünyası daxili fikir ayrılıqlarından əziyyət çəkir”

 

"İslam dünyası daxili fikir ayrılıqlarından əziyyət çəkir"

İslam dünyası daxili fikir ayrılıqlarından əziyyət çəkir. Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

Onun sözlərinə görə, Suriya və İraqda müsəlmanların və bütün dini azlıqların uşaqlarının ölməsini fərəhlə izləyən qüvvələr var.

 

R.T.Ərdoğan qeyd edib ki, İslam dünyasının içində olduğu nifaq vəziyyətindən çıxış yolu bütün qüvvələrin birləşməsidir.

 

Onun sözlərinə görə, müsəlman ölkələri qüvvələrin birləşdirilməsi üçün çalışmalı və mümkün olan hər şeyi etməlidirlər: “Müsəlman ölkələri dünya siyasətinə təsir etmək iqtidarındadırlar”.

 

Trend.az