Sinoptiklərdən xəbərdarlıq: güclü qar yağacaq, çovğun olacaq
Yanvar ayının 30-dan başlayaraq həftənin sonunadək hava şəraitinin ölkə ərazisində gün-gündən kəskinləşəcəyi, şaxtalı olacağı, qar yağacağı, bəzi yerlərdə güclü olacağı gözlənilir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat veriblər.
Məlumata görə, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında yanvarın 30-da axşam və yanvarın 31-də 1-3, fevralın 01-02-də gecə saatlarında 4-6, gündüz saatlarında 0-3 dərəcə şaxta olacağı gözlənilir. Qarlı havada şimal küləyinin güclənməsi ilə əlaqədar çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.
Kəskin hava şərtaiti fevralın 2-dək davam edəcək, ancaq bu dövrdə ən kəskin hava şəraiti (güclü külək və intensiv qarın yağması) yanvarın 30-u axşam, yanvarın 31-ə keçən gecə və səhər saatlarında olacaq. Fevralın 1-2-də külək bir qədər zəifləyəcək, yağıntıların intensivliyi də azalacaq. Ancaq buna baxmayaraq, fevralın 1-2-də şaxtalar daha çox olacaq.
Milli.az