Səhiyyə naziri Lənkəranda vətəndaşları qəbul etmişdir
Səhiyyə naziri Oqtay Şirəliyev martın 17-də Lənkəran Mərkəzi Rayon Xəstəxanasında Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarının sakinlərini qəbul etmişdir.
AzərTAc xəbər verir ki, 40 nəfər yaxın vətəndaşın iştirak etdiyi qəbulda müraciətlər əsasən xəstəliklərin müalicəsi, işlə təminat və digər məsələlərlə bağlı olmuşdur.
Nazirə edilən bir çox müraciətlər yerindəcə həllini tapmış, digər müraciətlərin araşdırılması və həlli ilə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.
Səhiyyə Nazirliyinin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınmış və nəzarətə götürülmüşdür.
AzərTac.az