Səfirlik: ABŞ hökümətinin Kaliforniya ştatının rəsmi şəxslərinin Dağlıq Qarabağa səfərinə aidiyyatı yoxdur
ABŞ hökümətinin Kaliforniya ştatından olan bir qrup rəsmi şəxsin Dağlıq Qarabağa barəsində xəbər verilən səfərinə aidiyyatı yoxdur. Bu barədə ABŞ-nın Azərbaycandakı səfirliyindən Trend-ə bildirilib.
“Biz Kaliforniyadan olan bir qrup rəsmi şəxsin Dağlıq Qarabağa səfər edəcəyi barədə KİV-nin məlumatları ilə tanışıq. ABŞ hökümətinin barəsində xəbər verilən səfərə aidiyyatı yoxdur”.
ABŞ səfirliyi vurğulayıb ki, Amerika hökümətinin Dağlıq Qarabağa dair siyasəti dəyişməyib:
“Biz tərəfləri münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün birgə işləməyə çağırırıq”.
Qeyd edək ki, Ermənistanın bəzi KİV-i Kaliforniyadan olan bir qrup şəxsin Ermənistana və onun işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər edəcəyi barədə məlumat verib. Sözügedən səfərin 15-24 sentyabrda həyata keçirilməsi gözlənilirdi.