Səfir: “Yay və ya payız aylarında Azərbaycandan ABŞ-a birbaşa təyyarə reyslərinin həyata keçirilməsi mümkün olacaq”
Azərbaycandan ABŞ-a birbaşa təyyarə reyslərinin həyata keçirilməsi bu ilin yayında və ya payızında mümkündür.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib. O bildirib ki, ABŞ Federal Aviasiya Agentliyi Azərbaycan Hava Yollarına ABŞ-a uçuşlar həyata keçirmək üçün sertifikat verib.
Səfir qeyd edib ki, müəyyən texniki məsələlər, o cümlədən təhlükəsizlik üzrə təftişlər aparıldıqdan sonra uçuşlar bu il başlayacaq.
Apa.az