Səfir: Fransa Prezidentinin Azərbaycana səfərinin böyük siyasi əhəmiyyəti var

Posted by

Fransa Prezidenti Fransua Ollandın Azərbaycana səfərinin böyük siyasi əhəmiyyəti var. Trend-in məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Paskal Mönye jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Fransa Prezidenti Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək: “Prezidentin səfərinin əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək verməkdir. Hesab edirəm ki, münaqişənin həlli hər iki tərəf üçün daha böyük imkanlar açacaq. Bu region suveren regiondur və öz gələcəyini özü həll edə bilər. Biz region ölkələri arasında sülh və dostluğun tərəfdarıyıq”.

Qeyd edək ki, Fransa Prezidenti Fransua Olland bu il Azərbaycana rəsmi səfər edəcək.

Fransa Prezidenti Azərbaycan dövlət başçısının dəvəti ilə bu il Azərbaycana səfər etməklə bağlı niyyətini Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovla görüşü zamanı təsdiqləyib.

Trend.az