Səfir: Fransa Prezidentinin Azərbaycana səfəri zamanı ikitərəfli əməkdaşlığa dair 4 sənəd imzalanacaq

Posted by

Fransa Prezidenti Fransua Ollandın Azərbaycana səfəri zamanı əməkdaşlıq haqqında bir sıra ikitərəfli sazişlər imzalanacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü Fransa Respublikasının Azərbaycandakı səfiri Paskal Mönye Azərbaycanda əlillərin tibbi-sosial reabilitasiya sisteminin inkişafının dəstəklənməsi üzrə tvinninq layihəsinin təqdimatında deyib.

Diplomat qeyd edib: “Həmin sənədlər ölkələrimiz arasında ətraf mühitin mühafizəsi, İKT, enerji və nəqliyyat sahələrində əməkdaşlığa dair olacaq”.

Onun sözlərinə görə, Prezident Fransua Ollandın Bakıya səfəri yaxın həftələrdə baş tutacaq: “Hazırda müvafiq saziş layihələrini hazırlayırıq. Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı əlaqələr uğurla inkişaf edəcək”.

Qeyd edək ki, Fransa Prezidenti Fransua Ollandın Azərbaycana səfəri mayın 11-12-nə nəzərdə tutulur.

Trend.az