Səfir: “Avropa Birliyi ilə münasibətləri hansı yöndə inkişaf etdirmək barədə qərarı Azərbaycan verməlidir”

Posted by

Malena Mard: “Bir-birinə yaxın olmaq hər iki tərəfin marağındadır”

“Avropa Birliyi ilə münasibətləri hansı yöndə inkişaf etdirmək barədə qərarı Azərbaycan verməlidir”. APA-nın xəbərinə görə, bunu jurnalistlərin sualına cavabında Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

M. Mard bildirib ki, hər iki tərəf siyasi və iqtisadi assosiasiyanın dərinləşdirilməsində maraqlıdır. O, xatırladıb ki, Azərbaycan və Avropa Birliyi “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir: “AB Azərbaycanla bu əməkdaşlığı qiymətləndirir. Bir-birinə yaxın olmaq hər iki tərəfin marağındadır”.

Xatırladaq ki, Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycanın yaxın vaxtlarda AB ilə assosiasiya sazişi imzalamaq fikrində olmadığını söyləyib.

Azərbaycanla AB arasında vahid hava məkanına dair sazişin hazırlanması üçün aparılan danışıqlara toxunan M. Mard qeyd edib ki, danışıqlar çox da intensiv getmir, lakin AB-nin təklifləri masadadır: “Biz Azərbaycanla bu işi davam etdirməyə və danışıqların növbəti mərhələsinə keçməyə hazırıq”.

Qeyd edək ki, danışıqların ilk mərhələsi ötən ilin yanvarında Bakıda keçirilib.

Apa.az