İSESCO-nun yeni loqosu qəbul edilib
Bakıda İSESCO-nın loqosu qəbul edilib.
APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İSESCO Baş Konfransının Bakıda keçirilәn 12-ci iclasında yeni loqonu elan edib. Nazir bildirib ki, yeni qəbul olunan simvol əvvəlkindən fərqlənir və növbəti konfranslarda ondan istifadə ediləcək.
Loqo İSESCO-nun baş direktoru Osman Әl Tüveycri, İcraiyyә Şurasının sәdri Boubakar Doukoure və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə imzalanıb və qəbul edilib.
Konfransda daha sonra İSESCO-nun yeni veb-saytı təqdim olunub.
Apa.az