ISESCO Dağlıq Qarabağda atəşkəs rejiminin pozulması ilə bağlı bəyanat yayıb
Elm, Təhsil və Mədəniyyət Məsələləri üzə İslam Təşkilatı (ISESCO) işğal olunmuş Dağlıq Qarabağ ərazisinin müxtəlif zonalarında atəşkəs rejiminin Ermənistan silahlı qüvvələri tərəfindən pozulmasını və Azərbaycanla gərginliyin artmasını pisləyib. APA-nın məlumatına görə, bu barədə ISESCO-nun bəyanatında deyilir.
Bəyanatda bildirilib ki, təşkilat Ermənistan Silahlı Qüvvələrinin bu hərəkətini beynəlxalq hüququn kobud şəkildə pozulması və üzv dövlətə qarşı təcavüz kimi qiymətləndirir.
Trend.az