Serbiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Posted by

Serbiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlibSerbiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Serbiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Serbiyanın Baş naziri Aleksandr Vuçiç bu gün Azərbaycana rəsmi səfərə gəlib.

 

Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Serbiyanın Baş naziri A.Vuçiçi hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

 

Serbiyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

 

Trend.az